21 fevral 2023 10:50
689

Ramiz Novruzla vida mərasimi "Azdrama"da keçiriləcək

Xalq artisti Ramiz Novruzla vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq.

Bu barədə "İki sahil"ə mərhumun ailəsindən bildirilib.

Xatırladaq ki, Ramiz Novruz dünən axşam uzun sürən xəstəlikdən sonra vəfat edib.