25 fevral 2023 20:15
477

Filarmoniyada Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan tədbir keçirilib

Fevral ayının 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Xocalı Soyqırımına həsr olunmuş anım mərasimi təşkil edilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər – Gülbacı İmanova) çıxış ediblər.

Anım mərasimində Qara Qarayev “Matəm odası”, Əli Əlizadə “Serenata dolore”, Soltan Hacıbəyov “Karvan” simfonik lövhəsi, Rauf Əliyev “Şuşanın dağları başı dumanlı” simfonik poeması, Aqşin Əlizadə 4 nömrəli “Muğamvari” simfoniyası (final) (solist-Ayaz Kərimov), Rauf Əliyev “Azadlığa gedən yollar”, Aqşin Əlizadə “Azərilər” Kantatasından “Final” dinləyicilərə təqdim olunub.