26 fevral 2023 00:18
489

Mikayıl Cabbarov: Bəşəriyyətə və insanlığa qarşı törədilmiş bu cinayət yaddaşlarımızdan heç vaxt silinməyəcək

İqtisadiyyat naziri Mikayıl Cabbarov Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı özünün “Twitter” səhifəsində paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda qeyd edilib:

“Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Bəşəriyyətə və insanlığa qarşı törədilmiş bu cinayət yaddaşlarımızdan heç vaxt silinməyəcək”.