26 fevral 2023 16:24
599

Yeni Azərbaycan Partiyasının nümayəndələri Xocalı soyqırımı abidəsini ziyarət ediblər FOTO/VİDEO

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da Yeni Azərbaycan Partiyasının nümayəndələri faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, Partiya nümayəndələri Xocalı soyqırımı abidəsinin önünə gül dəstələri qoyub, bəşəriyyətə qarşı dəhşətli cinayət olan soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər.