Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin dəfn yeri açıqlanıb.
“İki sahil”in məlumatına görə, “Əjdərbəy” məscidinin icma sədri Hacı Həmdüllah Babayev bildirib ki, o, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, din xadimi səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib.
***
Hazırda 48 yaşında vəfat edən Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli ilə vida mərasimi keçirilir.
"İki sahil" “Qafqazinfo”ya istinadla xəbər verir ki, ilahiyyatçı ilə vidalaşmaq istəyənlər Məşədi Dadaş məscidinə toplaşır.
***
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu gün səhər saatlarında dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlinin ölümü ilə bağlı açıqlama verib.
“İki sahil” xəbər verir ki, QMİ-nin Mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Hacı Şahin Həsənlinin uzunsürən xəstəliyi olmadığını deyib. Onun sözlərinə görə, Hacı Şahin Həsənlinin dəfn yeri ailəsinin qərarına əsasən müəyyən ediləcək.
***
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli ilə vida mərasiminin yeri məlum olub.
“İki sahil” xəbər verir ki, Hacı Şahin son mənzilə Məşədi Dadaş məscidindən yola salınacaq.
***
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.
“İki sahil” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.
"Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bu gün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək", - deyə ilahiyyatçının rəsmi feysbuk səhifəsində bildirilib.
Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.