03 mart 2023 11:43
346

Kəlbəcər və Laçında müxtəlif təyinatlı yollar fasiləsiz rejimdə qardan təmizlənir - VİDEO

Kəlbəcər və Laçın rayonları ərazisində hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etmək üçün müxtəlif təyinatlı yolların qardan təmizlənməsi istiqamətində işlər davam etdirilir.

"İki sahil” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, işlər çətin iqlim və relyev şəraitində dayanmadan aparılır.