03 mart 2023 13:17
324

Sumqayıtda qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən "İki sahil"ə verilən xəbərə görə, Sumqayıt şəhəri, Corat qəsəbəsində və Yevlax şəhəri, Vidadi küçəsində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb.