04 mart 2023 18:24
425

Bakı Dövlət Sirkində qorxulu anlar yaşanıb

Bakı Dövlət Sirkində qorxulu anlar yaşanıb.

“İki sahil” APA-ya istinadla xəbər verir ki, "Son 20 ilin ən möhtəşəm sirk şousu - DZİVA"nın nümayişi zamanı şir və pələnglər aqressivlik nümayiş etdiriblər. Hətta izləyicilər arasından yerindən qalxıb qaçanlar da olub.

Təlimçilərin dərhal reaksiyası nəticəsində təhlükənin qarşısı alınıb.

Görüntülər sosial şəbəkələrdə yayılıb.