06 mart 2023 08:08
366

“Louis Vuitton”un yeni reklam çarxı ukraynalılar tərəfindən tənqid edildi – VİDEO

 “Louis Vuitton” Rusiyaya rəğbət bəsləməkdə, eləcə də Ukraynadakı müharibəyə dəstək verməkdə ittiham olunub.

“İki sahil” xəbər verir ki, Fransa dəb evi yeni qadın kolleksiyasının təqdimatı üçün promo video yayımlayıb və bu, sosial şəbəkənin ukraynapərəst istifadəçilərinin tənqidinə tuş gəlib.

Məsələ burasındadır ki, videoda üç rəngdə - ağ, mavi və qırmızı bayraqdan istifadə olunub. Bu azmış kimi parça böyük qara V hərfi ilə bəzədilib.

Ukraynalı internet istifadəçiləri bunun müharibəyə dəstəkdən başqa bir şey olmadığını bildiriblər. Belə ki, ağ, mavi və qırmızı Rusiya dövlət bayrağının rənglərini, V hərfi isə bu ölkənin Ukraynada apardığı əməliyyatın rəmzi işarələrindən birini təmsil edir.

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak da “Louis Vuitton” un reklam çarxını tənqid edib. O özünün “Twitter” səhidəsində yazıb: "Rus nuvorişlərinə" diqqət yetirən elit moda evi təcavüz simvolları ilə açıq şəkildə oynamaq qərarına gəldi. Dəbdəbə qan içində olanda daha yaxşı qoxuyur, eləmi “Louis Vuitton?”