Parlamentin binası önündə keçirilən etiraz aksiyası zamanı polislə etirazçılar arasında insident baş verib.
Polis etirazçıların parlament binasına daxil olmalarına imkan verməyib.
Etirazçılara qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə olunub, yaralananlar var.
Parlamentin binası daxilində də gərginlik var. Belə ki, müxalifətdən olan deputatlar parlamentin sədri ilə görüşməyə cəhd ediblər.
Mühafizəçilər görüşə icazə verməyib və qarşıdurma yaşanıb.
***
Gürcüstanın paytaxtı Tbilisidə hüquq-mühafizə orqanları parlamentin binası qarşısında etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın yerli telekanalları məlumat yayıb.
Xüsusi təyinatlılar parlamentin girişinə aparan küçəni bağlayıblar.
Qeyd edək ki, parlamentin xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra minlərlə etirazçı küçələrə axışmaqda davam edir.
Daxili İşlər Nazirliyinin nümayəndələri səsgücləndiricilərlə mitinqçilərə xəbərdarlıq edib, əks halda onlara qarşı qanuni tədbirlər tətbiq olunacaq.