10 mart 2023 14:40
343

Dənizkənarı Milli Parkda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

FHN-dən "İki sahil"ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş dalğıclar tərəfindən xilas edilib.