Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, 21 ünvanında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən "İki sahil"ə verilən xəbərə görə, məlumat əsasında FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, minik avtomobilinin qapılarının kilidlənməsi nəticəsində 2020-ci il təvəllüdlü azyaşlı avtomobilin içərisində köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə azyaşlını xilas edərək valideynlərinə təhvil veriblər.