Tbilisidə radikal “Alt-İnfo” təşkilatının üzvləri Gürcüstan parlamentinin qarşısında qaldırılmış Avropa İttifaqı (Aİ) bayrağını endirərək yandırıb.
“İki sahil” xəbər verir ki, təşkilat üzvləri 5 iyul hadisələri zamanı həbs edilənlərin azadlığa buraxılmasını və “çevrilişə cəhd edənlərin sərt şəkildə cəzalandırılması”nı tələb ediblər.
Aqressiv davranışlar göstərən qrup yaxınlıqda Ukrayna bayrağının asıldığı binaya daş atıblar. Nəticədə binada fəaliyyət göstərən Çavçavadze Mərkəzinin ofisinə ziyan dəyib.
Qeyd edək ki, radikal-millətçi “Alt-İnfo” təşkilatı eyni zamanda rusyönlü təşkilat kimi tanınır və adı müxtəlif zorakı hücumlarla hallanır.