15 mart 2023 16:57
482

Qara dəniz üzərində suya düşən ABŞ dronunun görüntüləri yayılıb - VİDEO

Martın 14-də Qara dəniz üzərində suya düşən ABŞ dronunun videogörüntüləri yayılıb.

“İki sahil” xəbər verir ki, videogörüntü Rusiya Hava Kosmik Qüvvələrinin Su27 qırıcısının kabinəsindəki kamera vasiyəsi ilə qeydə alınıb.

Videogörüntüdə ABŞ-ın RQ-9 PUA-sının havada uçarkən və yanından Rusiya qırıcısının keçmə anı müşahidə olunur.

Qeyd edək ki, martın 14-də Qara Dəniz üzərində, Rusiya Müdafiə Nazirliyinin iddia etdiyi kimi Krımın hava ərazisində ABŞ dronu hava sərhədini pozub, daha sonra PUA idarəetməni etirərək suya çırpılıb.