Yanvar-fevral aylarında əməkhaqqı fondu 5,2 faiz artıb
Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində tədbirlər əmək müqavilələrinin sayında artım dinamikasının davam etməsinə imkan yaradıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında ölkəmizdə əmək müqavilələrinin sayı 7,9 min və ya 0,5 faiz artaraq 1 mart 2023-cü il tarixinə 1 754 011 müqavilə təşkil edib.
Qeyd olunan müsbət nəticələr, aparılan ardıcıl əməkhaqqı islahatları əməkhaqqı fondunda davamlı artımı şərtləndirir. Son iki ayda da əməkhaqqı fondunda 5,2 faiz artım baş verib.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub