18 mart 2023 18:16
338

Neft-qaz sənayesi üzrə qiymət indeksləri 93,7 faiz artıb

Fevralda yanvara nisbətən istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi məhsulları üzrə 98,8 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən "İki sahil"ə bildirilib ki, neft-qaz sənayesi üzrə qiymət indeksləri cari ilin fevralında ötən ilin müvafiq dövrünə nisbətən 86,5 faiz, bu ilin yanvar-fevral aylarında isə keçən ilin analoji dövrü ilə müqayisədə 93,7 faiz artıb.

Cari ilin yanvar-fevral aylarında 2022-ci ilin müvafiq dövrünə nisbətən neft-qaz sənayesində sənaye məhsullarının istehsalçı qiymətləri indeksinin 98 faiz artımı qeydə alınıb.