19 mart 2023 02:26
788

Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2

Ekvadorun cənubunda şənbə günü baş verən 6,9 bal gücündə zəlzələ nəticəsində azı 12 nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti bildirib.

"Hazırda 12 nəfərin ölməsi (11 nəfər El Oro əyalətində və bir nəfərə Asuay əyalətində) barədə məlumat verilib. Yaralılar var, onlara xəstəxanalarda yardım göstərilir", - deyə mətbuat xidmətinin "Twitter" səhifəsində qeyd olunub.

Qeyd edək ki, təbii fəlakətin episentri Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 85 km dərinlikdə olub.

***

Ekvadorda şənbə günü səhər saatlarında baş verən 6,7 bal gücündə zəlzələ nəticəsində ən azı üç nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə yerli “Semana” qəzeti xilasedicilərin məlumatlarına istinadən yazıb.

Nəşrin məlumatına görə, hazırda Naranhal şəhərində dağıntılar təmizlənir. Həmçinin, “El Universo” qəzetinin məlumatına görə, bir neçə nəfər yaralanıb. Zəlzələ zamanı onlar divarın üstünə uçduğu bir avtomobildə olublar.

Qeyd edək ki, təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.

***

Ekvadorda 6,9 bal gücündə zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.