19 mart 2023 01:29
259

Türkiyədə yaşayış binasına ildırım düşüb - ANBAAN VİDEO

Türkiyənin Qaziantep şəhərində yaşayış binasına ildırım düşüb.

Görüntüləri yerli sakinlər tərəfindən qeydə alınıb və sosial şəbəkələrdə paylaşılıb.

Videodan da aydın görünür ki, ildırım o qədər güclü çaxıb ki, şəhər işığa bürünür.

Xoşbəxtlikdən təbii fəlakət ciddi dağıntıya və insan tələfatına səbəb olmayıb.

Oxu.Az