"Türkiyənin müstəqilliyi uğrunda canlarından keçən qardaş-bacılarımızı hörmətlə anırıq".
“İki sahil” xəbər verir ki, bu fikir Azərbaycanının Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində Çanaqqala zəfərinin ildönümü ilə bağlı paylaşımında yer alıb.
"Qardaş Türkiyənin İstiqlal müharibəsi tarixində əsas rola malik, qəhrəmanlıq dastanı Çanaqqala zəfərindən 108 il ötür. Türkiyənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda hər cür fədakarlıq edən, canlarından keçən qardaş bacılarımızı minnətdarlıq və hörmətlə anırıq", - paylaşımda qeyd olunur.
YAP Sədrinin müavini Tahir Budaqov Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb - FOTO
Niklas Vaqner: Almaniya və Azərbaycan Strateji Gündəlik vasitəsilə münasibətlərini daha da dərinləşdirdilər