20 mart 2023 02:47
490

Parisdə polislər pensiya islahatına qarşı aksiyanı dağıdıb

Fransanın paytaxtı Parisdə polis əməkdaşları hökumətin pensiya islahatına qarşı etiraz aksiyasını dağıdıblar.

“İki sahil” Trend-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "BFM" telekanalı məlumat yayıb.

Nümayişçilərlə polislər arasında ilk toqquşmaların başlamasından bir saat sonra polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan, həmçinin su şırnaqlı avtomobildən istifadə edib.