Martın 20-si Baş prokuror Kamran Əliyev 85 illik yubileyi ilə əlaqədar Azərbaycan SSR Prokuroru, prokurorluğun veteranı İlyas İsmayılovla görüşərək Azərbaycan Respublikası Baş Prokurorluğunun kollektivi adından təbriklərini və xoş arzularını çatdırmış, onu “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.
“İki sahil” xəbər verir ki, görüş zamanı Kamran Əliyev və İlyas İsmayılov xatirələrini bölüşüb səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.
Həmçinin Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bu gün İlyas İsmayılova zəng edərək ona Prezident İlham Əliyevin təbrikini çatdırıb.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub