22 mart 2023 00:11
460

Azərbaycan və daha 6 ölkənin ABŞ-dakı səfirlikləri Novruz mərasimi təşkil ediblər

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın ABŞ-dakı səfirlikləri Novruz bayramını birlikdə qeyd ediblər.

“İki sahil” xəbər verir ki, bununla bağlı keçirilən mərasimdə ölkələrin milli musiqisi və rəqsləri ifa olunub. Mədəniyyət nümunələri, yeməklər nümayiş etdirilib.

“Novruz insanlar, nəsillər arasında sülh və həmrəylik, barışıq və mehriban qonşuluq dəyərlərini təbliğ edən əcdadların bayramıdır”, - səfirlikdən bildirilib.