22 mart 2023 08:41
319

Diyetoloq: Dəriyə yod sürtmək faydasızdır

Rusiyalı diyetoloq Natalya Kruqlova bildirib ki, bədəndəki yod çatışmazlığını dəriyə yod sürtməklə aradan qaldırmaq cəhdi faydasızdır.

“İki sahil” xəbər verir ki, o, bu üsulun bir sıra səbəblərdən, o cümlədən apteklərdə satılan yodla qidalarda və məhlullarda olan yod birləşmələrinin fərqli quruluşuna görə işləmədiyini izah edib.

Onun sözlərinə görə, bəzən dəriyə yod şəbəkəsi çəkməklə orqanizmdə bu maddəyə ehtiyacın olub-olmadığını müəyyən etməyə çalışırlar.

“Hesab olunur ki, maddə dəriyə tez hoparsa, deməli bədən yod çatışmazlığı yaşayır. Lakin bu, mifdir” - ekspert bildirib.

O, əlavə edib ki, yod çatışmazlığından xilas olmaq çətin deyil. Bunun üçün müntəzəm olaraq yodlaşdırılmış duz, həmçinin balıq və digər dəniz məhsulları yemək kifayətdir.