22 mart 2023 09:01
374

ABŞ-da atışma nəticəsində bir yeniyetmə ölüb, beş nəfər yaralanıb

ABŞ-ın, Viskonsin ştatının Miluoaki şəhərində 15 yaşlı yeniyetmə atışma nəticəsində ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə CNBC telekanalının yerli bölməsi məlumat yayıb.

“Miluoaki şəhərində atışma nəticəsində bir yeniyetmə ölüb, 5 qadın yaralanıb”, - xəbərdə deyilir.

Kanal bildirib ki, polis hazırda hadisənin başvermə şəraitini araşdırır və şübhəli şəxsləri axtarır.