22 mart 2023 10:01
302

Qubada avtomobil piyadanı vuraraq öldürüb

Quba rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

“İki sahil” xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Firuz Heydərov idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobillə yolu keçmək istəyən rayon sakini 1941-ci il təvəllüdlü Hacağa Babaliyevi vurub.

Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.