22 mart 2023 10:28
310

U-17 yığmamız Qazaxıstanla üz-üzə

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, yığmamız Bosniya və Herseqovinada keçirəcək oyunda Qazaxıstan yığması ilə qarşılaşacaq.Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Oyunu Belçikadan olan hakim idarə edəcək.

U-17 Avropa çempionatının seçmə mərhələsi

1-ci tur

22 mart

17:00. Azərbaycan - Qazaxıstan

Baş hakim: Viki De Cremer (Belçika)

Novi Gradski stadionu (Ugljevik)