22 mart 2023 10:57
362

İstanbulda FETÖ üzvlərinə qarşı əməliyyat keçirilib, 21 nəfər saxlanılıb

Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvlərinə qarşı əməliyyat keçirilib.

“İki sahil” xəbər verir ki, İstanbulda FETÖ üzvlərinə qarşı keçirilən əməliyyatda 21 şübhəli şəxs saxlanılıb, 4 nəfərin isə axtarışı davam etdirilir.

Evlərdə aparılan axtarışlar zamanı çoxlu təşkilati sənədlər və rəqəmsal materiallar da ələ keçirilib. Tutulan 21 FETÖ-çü ifadəsi alınmaq üçün İstanbul Təhlükəsizlik Müdirliyinə gətirilərkən, qaçan 4 şübhəlinin tutulması istiqamətində işlərin davam edir.