23 mart 2023 01:00
767

"Qarabağ" - "Qalatasaray" oyununa nə qədər bilet satılıb?

"Qarabağ" - "Qalatasaray" xeyriyyə matçı üçün bilet satışı davam edir.

“İki sahil” xəbər verir ki, artıq görüşə 58 min bilet satılıb (martın 16-dan indiyədək).

Qeyd edək ki, martın 26-sında Bakı Olimpiya Stadionunda keçiriləcək sözügedən görüş saat 20:00-da başlayacaq. Bilet satışından əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.

Satış məntəqələri: 

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Iticket.az-ın satış məntəqələri;

“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.

Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.