2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda büdcə vəsaitləri hesabına əsas kapitala 946.4 milyon manat investisiya qoyulub.
“İki sahil” Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 6.8 dəfə və ya 807.7 milyon manat çoxdur.
Qeyd edək ki, hesabat dövründə bank kreditləri hesabına iqtisadiyyata kapital qoyuluşu ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 5.4 dəfə artaraq 39.6 milyon manata bərabər olub.
Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş vəsaitdə müəssisə və təşkilatların öz vəsaitləri 44.8%, büdcə vəsaitləri 42.9%, əhalinin şəxsi vəsaitləri 6.6%, bank kreditləri 1.8%, sair vəsaitlər isə 3.9% təşkil edib.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq