25 mart 2023 01:39
317

Zelenski müşavirini vəzifədən azad etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Aleksandr Kamışini prezidentin ştatdankənar müşaviri vəzifəsindən azad edib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Zelenski fərman imzalayıb.

Qeyd edək ki, Aleksandr Kamışin bu vəzifəyə martın 3-də təyin olunmuşdu. Mart ayının 21-də isə Ali Rada Kamışini Ukraynanın strateji sənaye naziri təyin etmişdi.