25 mart 2023 01:09
382

Futbolçumuz Avstriyaya qarşı millinin oyununda zədələnib

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov zədələnib.

“İki sahil” xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi səfərdə Avstriyaya qarşı keçirdikləri AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda sıradan çıxıb.

Onun yerinə meydana 60-cı dəqiqədə Elvin Camalov daxil olub.

Qeyd edək ki, Avstriya hazırda 3:0 hesabı ilə öndədir.