25 mart 2023 04:58
345

Belarus AVRO-2024-dən uzaqlaşdırıla bilər

UEFA İcraiyyə Komitəsi Belarus millisini Avropa çempionatının seçmə mərhələsində iştirakdan kənarlaşdıra bilər. 

“İki sahil” xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin məlumat verib.

Bildirilib ki, aprelin 4-də UEFA İcraiyyə Komitəsi keçiriləcək və Belarus millisinin 2024-cü il Avropa çempionatının seçmə turnirindən kənarlaşdırılması məsələsinə baxılacaq. Belə bir xahişlə UEFA prezidenti Avropa Parlamentinin deputatlarına müraciət edib.

Avro-nun seçmə mərhələsinin ilk mərhələsində Belarus millisi İsveçrə millisi ilə qarşılaşacaq. Qarşılaşma Serbiyada, Novi Sad şəhərindəki Karadjorde stadionunda keçiriləcək.