Azərbaycanda legioner həyatı yaşayan iki futbolçu Afrika Millətlər Kubokunun matçında üz-üzə gəliblər.
“İki sahil” xəbər verir ki, “Turan-Tovuz”un müdafiəçisi Siyanda Xulunun formasını geyindiyi Cənubi Afrika millisi “Sumqayıt”ın hücumçusu Terrens Tisdellin çıxış ediyi Liberiya yığması ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.
Xulu start heyətdə meydana çıxıb və sonadək oynayıb. T.Tisdell isə start heyətdə yer alıb və 67-ci dəqiqədə əvəzlənib.
Cənubi Afrika - Liberiya - 2:2
Qollar: Foster, 11-pen. (1:0), 22 (2:0), Tisdell, 68, (2:1), Sanqre, 90+1 (2:2)
Qeyd edək ki, 2 turdan sonra Liberiya 3 komanda arasında 1 xalla 2-ci, Cənubi Afrika, 1 xalla 3-cüdür. Turnir cədvəlinə 6 xalla Mərakeş başçılıq edir.