25 mart 2023 23:50
455

Fransada suvarma hovuzlarına qarşı etiraz aksiyaları keçirilib

Fransanın bir neçə yaşayış məntəqəsində suvarma hovuzlarına qarşı etiraz aksiyaları keçirilib.

“İki sahil” xəbər verir ki, sakit başlayan aksiya sonradan polislə qarşıdurmaya çevrilib. Radikal qruplar polisə daş, Molotov kokteyli atıb, irriqasiya sistemlərinə zərər veriblər.

Polis narazı kütləyə gözyaşardıcı qaz və dəyənəklə müdaxilə edib. Toqquşmalarda 38 nəfər xəsarət alıb. Onlardan beşi reanimasiyadadır.

Aksiyalarda iştirak edənlərin sayı 30 000 nəfəri keçib.