28 mart 2023 18:57
574

 "Bakcell"dən iPhone istifadəçilərinə xəbər!

5G şəbəkəsi indi iPhone smartfonlarından istifadə edən Bakcell abunəçiləri üçün aktivdir. iPhone istifadəçiləri Bakının bir neçə nöqtəsində qurulmuş 5G test şəbəkəsindən yararlanaraq ultrasürətli interneti sınaqdan keçirmək imkanına malikdir. 

5G şəbəkəsinə qoşulan iPhone istifadəçiləri “Bakcell”dən 5GB balans hədiyyə alacaq. Hədiyyə interneti almaq üçün 5G-nin mövcud olduğu ərazilərdə olarkən telefonda *501*1#  kodunu yığmaq lazımdır.

Qeyd edək ki, Bakcell Azərbaycanda eSIM və VoLTE texnologiyalarını tətbiq edən ilk mobil operatordur. Bakcell şəbəkəsi Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" kimi tanınır.

Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.