29 mart 2023 09:18
555

Messi het-trik edib, Argentina rəqibini yeddi cavabsız qolla üstələyib VİDEO

Futbol üzrə Argentina millisi növbəti yoldaşlıq oyununu keçirib.

“İki sahil” xəbər verir ki, Lionel Skaloninin baş məşqçi olduğu komanda Kurasao ilə üz-üzə gəlib.

Qarşılaşma son dünya çempionunun 7:0 hesablı qələbəsi ilə bitib.

Qolları 20, 33 və 37-ci dəqiqələrdə Lionel Messi, 23-cü dəqiqədə Nikolas Qonsales, 35-ci dəqiqədə Entso Fernandes, 78-ci dəqiqədə Anxel Di Mariya və 87-ci dəqiqədə Montiel Qonzalo vurub.