29 mart 2023 16:28
410

İdman-tarixi filmi “Tek Yürek İmalat-ı Harbiye” “CinemaPlus”da

Sabahdan “CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyənin “Tek Yürek İmalat-ı Harbiye” idman-tarixi filminin nümayişi başlayır.

Filmin ssenari müəllifi və rejissoru Serdar Çetinkayadır.

Baş rollarda Turqay Tanülkü, İnanç Konukçu və Sitare Akbaş çəkilib.

12 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulmuş film 1910-cu ildə bir komanda yaradan və Fransanın nəzarəti altında olan liqada futbol oynamağa başlayan “İmalat-i-Harbiye” işçilərinin başına gələnlərdən bəhs edir. Onlar üçün bir əyləncə olan futbol tezliklə milli mübarizənin bir hissəsinə çevrilir. Ölkələri üçün “Tek Yürek”lə döyüşən “İmalat-i Harbiye”nin futbolçuları indi də eyni ruhda birləşərək xərçəng xəstəsi olan igid üçün mübarizə aparırlar.

"CinemaPlus" kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.