29 mart 2023 17:40
250

Hüquqi şəxslər tərəfindən əhaliyə 832,9 milyon manatlıq xidmət göstərilib

Bu ilin yanvar-fevral aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,9 faiz artaraq 908,3 milyon manat olub.

“İki sahil” Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 832,9 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 91,7 faizini təşkil edib.