29 mart 2023 19:50
290

Azərbaycan səfirliyinin açılması qərarı strateji tərəfdaşlığın dərinliyini sübut edir - İsrail XİN başçısı

Bugünkü tədbirdə İsrailin yüksək səviyyəli rəsmiləri, yəhudi icması iştirak edir.

“İki sahil” xəbər verir ki,  bunu Azərbaycanın İsraildə səfirliyinin təntənəli açılış mərasimində İsrailin xarici işlər naziri Eli Kohen deyib.

Nazir qonaqları azərbaycanca salamlayıb.

O deyib ki, səfirliyin açılması qərarı strateji tərəfdaşlığın dərinliyini sübut edir:

“Mən İsrail hökuməti və xalqı adından Prezident İlham Əliyevə bu qərarın verilməsində göstərdiyi liderliyə görə təşəkkür edirəm. Bir neçə gün öncə Azərbayan səfiri öz etimadnaməsini Prezidentimizə təqdim etdi. Onu fəaliyyətə başlaması münasibətilə təbrik edirəm”.