30 mart 2023 01:35
261

Ukrayna bu aylarda hücuma keçəcək – Reznikov

Ukrayna ordusu aprel-may aylarında əks-hücuma keçəcək.

“İki sahil” xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

Reznikov hücumla bağlı artıq hazırlığın getdiyini bildirib: “Artıq hücum bir neçə istiqamətdə planlaşdırılır. Bu, ən əlverişli məqamdan və iqlim şəraitindən asılıdır”.