29 mart 2023 21:47
500

Neymar kazinoda 2 saata 1 milyon avrodan çox pul uduzub

Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar onlayn kazinoda böyük məbləğdə pul uduzub.

“İki sahil” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videoçarx yayılıb.

31 yaşlı hücumçu 2 saat ərzində 1 milyon avrodan çox pul itirib.

Qeyd edək ki, zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vuran forvard qumara olan marağı ilə diqqət çəkir.