30 mart 2023 08:22
259

Ekvadorda torpaq sürüşməsi baş verib

Ekvadorun Alausi şəhərində baş verən torpaq sürüşməsi nəticəsində 14 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarəsi Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində 33 nəfər yaralanıb, 67 nəfər itkin düşüb.

Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.