30 mart 2023 08:30
286

Türkiyədə sərnişin avtobusları aşıb

Türkiyədə 2 avtobus qəzaya uğrayıb.

“İki sahil” xəbər verir ki, hadisələrdən biri Yozqat şəhərinin Yerköy rayonunda baş verib. Sivas-Ankara marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun aşması nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb.

Qəza yerinə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.

Digər hadisə isə Ərzincan şəhərinin Kızıldağ ərazisində baş verib. Ərzincan-Sivas marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası, xilasedicilər cəlb olunub.

Avtobusun qəzaya uğraması əlverişsiz hava şəraiti ilə əlaqəli olduğu güman edilir.

Faktla bağlı araşdırma aparılır.