30 mart 2023 08:27
246

Türkiyədə ətir fabrikində yanğın baş verib

Türkiyənin Tekirdağ əyalətinin Çerkezköy rayonunda ətir fabrikinin anbar hissəsində yanğın baş verib.

“İki sahil” xəbər verir ki, hadisə yerinə çox sayda yanğınsöndürmə briqadaları cəlb edilib.

Alov anbarın böyük hissəsini bürüyüb. Yanğın və partlayışlar nəticəsində anbarın bəzi divarları uçub.