30 mart 2023 09:23
221

Bakıda gənc oğlan itkin düşüb

Bakıda gənc oğlan itkin düşüb.

“İki sahil” xəbər verir ki, hadisə martın 28-də paytaxtın Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbədə yaşayan 2005-ci il təvəllüdlü Quliyev Samir Əfqan oğlu yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.