30 mart 2023 15:05
475

Dublin ədəbiyyat mükafatının qısa siyahısı açıqlanıb

Dünyanın ən nüfuzlu ədəbiyyat mükafatlarından sayılan Dublin ədəbiyyat mükafatının qısa siyahısı açıqlanıb.

"İki sahil" mükafatın rəsmi saytına istinadən xəbər verir ki, siyahıya 6 əsər daxil edilib.

Əsərlər aşağıdakılardır:

Entoni Doer – “Buluddan quşlar diyarı”
Kim Thuy – “Em”
İvana Sayko – “Sevgi əhvalatı”
Katya Oskamp – “Marzan, sevgilim”
Fernando Melçor- “Cənnət”
Persival Everett – “Ağaclar”

Xatırladaq ki, qalib may ayında açıqlanacaq.