01 aprel 2023 15:21
255

Ermənistan və Azərbaycan nümayəndələri sərhədləri dəqiqləşdirmək məqsədilə görüş keçirib

Ermənistanın Sünik rayonunun Tex-Kornidzor sahəsində sərhədləri dəqiqləşdirmək məqsədilə Ermənistan və Azərbaycan nümayəndələri arasında görüş keçirilib.

“İki sahil” xəbər verir ki,  bu barədə TASS Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat mərkəzinə istinadən məlumat yayıb.

"Tex-Kornidzor sahəsində Ermənistan Respublikası və Azərbaycan Respublikasının nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Sərhədlərin dəqiqləşdirilməsi istiqamətində aparılan işlər nəticəsində sahədə vəziyyət xeyli yaxşılaşıb. Hazırda işlər davam etdirilir, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”, - məlumatda bildirilib. (Report)