01 aprel 2023 15:36
258

FİFA Rusiya Futbol İttifaqına icazə verdi

Beynəlxalq Futbol Federasiyası (FİFA) Rusiya Futbol İttifaqına (RFU) futzal üzrə Rusiya çempionatında video yardım sistemindən istifadə etməyə icazə verib.

“İki sahil” xəbər verir ki, bu barədə RFU-nun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib: “Rusiya Futbol İttifaqı ən müasir texniki həlləri təqdim etməyə və futbolun bütün növləri üzrə ən yaxşı beynəlxalq təcrübələri uyğunlaşdırmağa davam edir. Bu məqsədlə RFU Beynəlxalq Futbol Assosiasiyasından futzal çempionatında video dəstək (VAR) sisteminin yardımından istifadə etmək üçün icazə istəyib. Futzal üzrə Rusiya çempionatının oyunlarında VAR sisteminin tətbiqi üçün FİFA-dan icazənin alınması ilk zəruri addımdır. VAR-ın ölkə çempionatının pley-off mərhələsinin həlledici oyunlarında işə başlaması planlaşdırılır”.

Təşkilat qeyd edib ki, videoyardım sistemi iki monitordan ibarət olacaq, onlardan biri təkrar oynatma operatoru, ikincisi isə epizodu nəzərdən keçirəcək hakimlər üçün istifadə olunacaq. Sistem yalnız dörd vəziyyətdə - qol, penalti, birbaşa qırmızı vərəqə və oyunçunun səhv müəyyənləşdirilməsi zamanı hakimin qərarına etiraz edə bilən komandaların baş məşqçilərindən birinin istəyi ilə işə salına bilər.

Qeyd edək ki, Rusiya Futbol Çempionatında VAR-dan istifadə edilir.