02 aprel 2023 21:37
1862

Naxçıvanda ulu öndər Heydər Əliyevin imzası canlandırılıb

Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev İli” çərçivəsində ulu öndərin 100 illiyinə həsr olunmuş fləş-mob təşkil edilib.

“İki sahil” NUHÇIXAN-a istinadən xəbər verir ki, fləş-mobda 600 tələbə iştirak edib. “İmza” layihəsi çərçivəsində ulu öndər Heydər Əliyevin eni 15 metr, uzunluğu isə 40 metrdən ibarət canlı imzası yaradılıb.