06 aprel 2023 12:14
1151

SOCAR satınalmalarla bağlı xüsusi elan verib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) sahə üzrə əlavə vendorların cəlb olunması məqsədilə bazar iştirakçılarını ixtisaslaşdıqları sahələr üzrə şirkətdə mütəmadi keçirilən pre-kvalifikasiya prosedurlarına cəlb olunmaq üçün müraciət etməyə dəvət edir.

“İki sahil” xəbər verir ki, SOCAR satınalmalarında daim rəqabətin yüksəldilməsi, səmərəli dəyərin əldə edilməsi məqsədilə satınalma prosedurlarında daha çox malgöndərənin (podartçının) iştirakında maraqlıdır və bu səbəbdən satınalma funksiyaları tərəfindən SOCAR-da sahələr üzrə əlavə vendorların cəlb olunmasına dair pre-kvalifikasiya prosedurları mütəmadi olaraq aparılır. Odur ki, SOCAR-ın vendoru olmaq üçün pre-kvalifikasiya prosedurlarına müraciətlər istənilən vaxt edilə bilər.

Pre-kvalifikasiya müraciətlərinin asan idarə olunmasının təşkili üçün SOCAR-ın rəsmi internet səhifəsində xüsusi elektron alətlər təsis edilmişdir. Burada SOCAR-ın vendor sahələri, kateqoriyalar, sub-kateqoriyalarla yanaşı müraciət formaları və ünvanları, təlimatlar, digər dəstəkləyici materiallar yerləşdirilib.

Maraqlanan potensial malgöndərənlər (podartçılar) pre-kvalifikasiya prosedurlarının təşkili və idarə olunması barədə normativ sənədlərə və müraciətlərin edilməsi ilə bağlı bölməyə aşağıda göstərilmiş internet linklərindən keçid edə bilər: https://socar.az/az/page/vendor-muracieti

https://socar.az/az/page/satinalma-standartlar

Elan və ya pre-kvalifikasiya prosedurlarına müraciətlə bağlı suallarınız yaranacağı təqdirdə aşağıdakı əlaqələndirici şəxsə müraciət edə bilərsiz:

Gülsüm Axundova

E-poçt - [email protected]

Telefon – +99412 521 00 00 (daxili 10259)